Romario xəstəxanaya yerləşdirildibackend

Romario xəstəxanaya yerləşdirildi

Braziliya dünya çempionu, 1994-cü ilin FİFA-nın ilin ən yaxşı oyunçusu, hazırda isə Rio-de-Janeyronun qubernatoru olan Romario xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu haqda Romarionun mətbuat xidməti məlumat yayıb.

Bildirib ki, keçmiş “Barselona” futbolçusu narahatlıq və ağrı şikayəti ilə Rio-de-Janeyrodakı “Barra d’Or” xəstəxanasına aparılıb və ona bağırsaq infeksiyası diaqnozu qoyulub.

57 yaşlı braziliyalının səhhətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, Romario 2021-ci ildə təcili öd kisəsindən əməliyyat olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*