Braziliya millisinin sabiq futbolçusu Ronaldo xristianlığı qəbul edib.
KONKRET.az xəbər verir ki, bu bardə o, sosial şəbəkədəki səhifəsində yazıb.
“Bu gün xüsusi bir gündür. Mən vəftiz olundum! Uşaqlıqdan bəri vəftiz olunmamış olsam da, xristian imanı həyatımın əsas hissəsi olub. Müqəddəs mərasimlə özümü həqiqətən də Allahın övladı kimi yenidən doğulduğumu hiss edirəm. İsanın məhəbbətinə inanaraq, öz iradəmlə yaxşılıq yolu ilə getməyə sadiq olduğumu bir daha təsdiq edirəm”, – Ronaldo yazıb.