“Ruben Vardanyan işdən çıxarılacağı təqdirdə Qarabağı tərk etməyəcək” – Arakelyanbackend

"Ruben Vardanyan işdən çıxarılacağı təqdirdə Qarabağı tərk etməyəcək" - Arakelyan

“Ruben Vardanyan istefa verməyəcək və işdən çıxarılacağı təqdirdə Qarabağı tərk etməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu “Həyat üçün ölkə” partiyasının həmtəsisçisi, Ruben Vardanyanın “müşaviri” Mesrop Arakelyan “Azadlıq” radiosuna müsahibəsində deyib. O bildirib ki, Ruben Vardanyan istefa verməyəcək, işdən çıxarılacağı təqdirdə isə Qarabağı tərk etməyəcək.

“Bu söhbətlər yeni deyil. Mən bəyan edirəm ki, Ruben Vardanyan istefa vermək fikrində deyil. O, Qarabağı tərk etməyəcək. Çünki Ruben Vardanyanın və bizim komandanın mövqeyi onların “respublika”da tutduğu mövqe ilə müəyyən edilmir.

Hər hansı siyasi dəyişikliyin olub-olmamasından asılı olmayaraq, Ruben Vardanyanın Qarabağa sədaqəti dəyişməz qalacaq. O, mövcud çağırışlara tab gətirmək üçün əlindən gələni edəcək”, – deyə Arakelyan bildirib.

O əlavə edib ki, Vardanyanın “vəzifəyə təyinat və vəzifədən azad edilmə məsələsini “prezident”i həll edir”.

“Hazırda belə bir məlumat yoxdur. Əgər belə bir qərar varsa, o zaman düşünürəm ki, Arayik Arutyunyan həm səbəbləri, həm də sonrakı planları təqdim edəcək”, –  o deyib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*