Rubiodan Ukrayna ilə bağlı vacib açıqlamabackend

Rubiodan Ukrayna ilə bağlı vacib açıqlama

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi uzaqmənzilli zərbələr Ukraynadakı müharibənin nizamlanmasına dair danışıqlara yeni impuls verib. 

KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Fox News telekanalına müsahibəsində bildirib.

Rubionun sözlərinə görə, son aylarda münaqişənin gedişində müəyyən dəyişikliklər baş verib və Ukrayna artıq Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbələr endirmək imkanına malikdir.

O qeyd edib ki, Vaşinqton yaranmış yeni vəziyyətin danışıqlar yolu ilə nizamlanma üçün əlavə imkanlar açıb-açmadığını qiymətləndirməyə hazırdır.

ABŞ dövlət katibi bildirib ki, yaxın həftələrdə danışıqlar prosesinin bərpası istiqamətində yeni cəhdlər edilə bilər.

Onun sözlərinə görə, Vaşinqton sülhə yaxınlaşmağa xidmət edəcək istənilən təşəbbüsü dəstəkləyəcək.

Rubio əlavə edib ki, ABŞ administrasiyası fəaliyyətinin ilk ilində bu məsələyə xüsusi diqqət yetirsə də, danışıqlar sonradan dalana dirənib.

O, həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna nümayəndələrini müharibənin başa çatdırılması ilə bağlı danışıqlar masası arxasına toplaya biləcək yeganə dünya lideridir.

“Biz başa düşürük ki, hər iki tərəfin kifayət qədər sərt qırmızı xətləri var. Bu mövqeləri heç olmasa qismən yaxınlaşdırmadan razılığa gəlmək mümkün olmayacaq”, – deyə Rubio vurğulayıb.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*