Rumıniya rusiyalı diplomatı ölkədən çıxarırbackend

Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır

Rumıniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatı “Vyana Konvensiyasının müddəalarına zidd” fəaliyyətinə görə persona non-qrata elan edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın müvəqqəti işlər vəkilinə məlumat verilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva “adekvat cavab verəcək”.

Rumıniyanın “Digi 24” telekanalı diplomatın ölkədən çıxarılması barədə qərarın dövlətə xəyanətdə ittiham olunan Rumıniya vətəndaşının həbsi fonunda verildiyi barədə məlumat yayıb. Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsi şübhəli şəxsin 2022-ci ildən bəri ölkədəki bəzi hərbi obyektlərdə kəşfiyyat apardığını və məlumatları səfirlik vasitəsilə Rusiya kəşfiyyat xidmətlərinə ötürdüyünü yazıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*