Rus hərbçilər Ukrayna Silahlı Qüvvələrinin telefonlarını 30 km radiusda BLOKLAYIRbackend

Rus hərbçilər Ukrayna Silahlı Qüvvələrinin telefonlarını 30 km radiusda BLOKLAYIR

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin telefonlarını 30 km radiusda bloklayır.

KONKRET.az xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya ordusu “xüsusi hərbi əməliyyat” zonasında 30 km-ə qədər radiusda Ukrayna hərbçilərinin mobil telefonlarını bloklamağa qadir olan “Leer-3” radioelektron mübarizə və elektron kəşfiyyat sistemlərindən istifadə edir.

“GSM rabitəsini boğan müdaxilə xüsusi radio siqnal sensoru ilə təchiz edilmiş “Orlan-10″ pilotsuz uçan aparatı vasitəsilə ötürülür. Eyni zamanda, bloklama selektiv şəkildə işləyir, tamamilə mobil şəbəkələr bloklanmır”, – deyə Rusiya hərbi idarəsinin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, pilotsuz təyyarə havada olarkən siqnalın “boğulması” baş verir və bu, onlarla saat deməkdir.

“Bu vaxt kifayətdir ki, bölmələrimiz müəyyən edilmiş əraziyə yaxınlaşsın”, – deyə Müdafiə Nazirliyi vurğulayıb.

“Leer-3” telefonların siqnalını boğmaqla yanaşı, onlara SMS mesajları da göndərə bilir. Xüsusilə, bu funksiyadan “Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə psixoloji təzyiq”, eləcə də Ukraynadakı mülki şəxsləri xəbərdar etmək üçün istifadə olunur.

“Həmçinin, kompleks telefon sahiblərinin meşələrdə, çay yataqları boyunca və digər gözlənilməz yerlərdə kütləvi toplaşmasını aşkar etməyə imkan verir. Obyektlərin koordinatları qərargahlara ötürülür və orada əlavə qərarlar qəbul edilir”, – deyə Rusiya hərbçiləri bildiriblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*