Rus işğalçıları Mariupoldakı “Azovstal” zavoduna artilleriya və tankların dəstəyi ilə hücum edirlər.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik deyib.
“Düşmən Mariupolda “Azovstal” zavodu ərazisində bölmələrimizi mühasirəyə almağa davam edir. Tank və arttilleriyanın dəstəyi ilə hücum əməliyyatı həyata keçirilir. Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarələrin də istifadəsi istisna edilmir”, – Motuzyanik bildirib.