Rusiya ABŞ və NATO-dan bunu TƏLƏB ETDİbackend

Rusiya ABŞ və NATO-dan bunu TƏLƏB ETDİ

Rusiya, Ukrayna ilə bağlı razılaşmada ABŞ və NATO-dan möhkəm təhlükəsizlik zəmanətləri tələb edəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Qruşko qeyd edib ki, 2019-cu ildən etibarən NATO-nun şərq cinahında yerləşən hərbi qüvvələrin sayı iki dəfə artıb. O, Avropanın yenidən silahlanmasının Rusiya üçün ciddi təhlükə yaratdığını da vurğulayıb.

Bundan əlavə, Rusiya rəsmisi sülhməramlı qüvvələrin Ukraynaya göndərilməsinin yalnız tərəflərin razılığı ilə mümkün olacağını bildirib.

Qruşko Brüsseldən siqnallar gəldiyi təqdirdə, Avropa İttifaqı ilə ayrıca danışıqların aparılacağını da qeyd edib.

Aysu İbrahimova
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*