Rusiya artıq müharibəyə MƏHBUSLARI GÖNDƏRİRbackend

Rusiya artıq müharibəyə MƏHBUSLARI GÖNDƏRİR

Rusiya məhbusları “xüsusi əməliyyat”da iştirak etmək üçün göndərir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumatlar yayılıb. Artıq onlarla belə hal məlumdur. Onların bəzilərindən nümunələr təqdim edirik.

Gulagu.net portalı Nijni Novqorod vilayəti, Mordoviya və Krasnodar diyarının koloniyalarında məhbusların işə götürülməsi ilə bağlı məlumat yayıb.

Mordoviya Federal Penitensiar Xidmətinin islah müəssisələrinə döyüş təcrübəsi olanlar çağırılıb.

Sankt-Peterburqdakı İK-7 “Yablonevka” və İK-6 “Obuxovo” məhbuslarına Vaqner-in tərkibində Donbasda döyüşə getmək təklif olunub.

“Gənc çağırışçılarla, hərbçilərlə yanaşı hər növ cinayətkarların olması çox təhlükəlidir. Oğrular, pedofillər, manyaklar və başqaları – düşmənə ehtiyac yoxdur, burada özləri öldürə bilərlər”, – deyə media yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*