Rusiya Ermənistan və Azərbaycana Zəngəzur magistral yolunun razılaşdırılmasına kömək edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məqalə dərc edib. Nəşr bunu yüksək vəzifəli mənbəyə istinadən yayımlayıb.
Rusiya Ermənistan və Azərbaycana Zəngəzur dəhlizində avtomobil yolunun razılaşdırılmasında kömək edib, razılaşdırılmalı olan 6 km-lik kiçik bir hissə qalıb.
“Azərbaycan və Ermənistan hələ ötən ilin payızında Naxçıvana dəmir yolu dəhlizi barədə razılığa gəliblər. İrəvanda magistral yolda uzun fasilə verdik. Lakin baş nazir müavinlərinin iyunun 3-də keçirilən son iclasında 6 km-lik çatışmayan hissə istisna olmaqla, gələcək yolun marşrutunu razılaşdıra bildilər. Orada dağlar var və Rusiyanın “Avtodor” şirkəti ora mütəxəssislər göndərir ki, sadə mühəndis həllini tapsınlar”, – deyə mənbə izah edib.
Marşrut Ermənistan tərəfdən Araz çayının kənarından keçəcək. Qalan hissəsində 1992-ci ilə qədər Naxçıvanı Ermənistan ərazisindən keçərək Azərbaycanın Zəngilan rayonu ilə birləşdirən köhnə sovet yollarından istifadə olunacaq.
Mənbə izah edib ki, onlar gələcək dəhlizin demək olar ki, bütün xətti boyunca qorunub saxlanılıb, ancaq Naxçıvan vilayəti ilə Ermənistanın sərhədində bir hissə qalıb.
“Bakı bu ilin martında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvana yolun İran ərazisindən keçməsi barədə Tehranla memorandum imzaladıqdan sonra Ermənistan tərəfi danışıqlar prosesini sürətləndirib”, – nəşr yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
