“Rusiya bizə söz verib” – İranın müdafiə naziribackend

“Rusiya bizə söz verib” – İranın müdafiə naziri

“İran xalqının hüquqlarını pozan istənilən addıma qəti şəkildə cavab verəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu İranın müdafiə naziri general Məhəmməd Rza Aştiani deyib.

O qeyd edib ki, İran həm Qərbdən, həm də Şərqdən gələn təhdidlərə cavab verəcək:

“Bu reaksiya sərt və həlledici olacaq.İran bütün ölkələrin, xüsusən də qonşularının hüquqlarına, maraqlarına və ərazi bütövlüyünə hörmət edir, lakin biz sərhədlərimizdə təxribat törədənlərlə mütləq mübarizə aparacağıq. Rusiya İranın təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəyinə söz verib. Rusiyanın müdafiə naziri ilə telefon danışığım olub və o, bunu təsdiqləyib. Qərara alınıb ki, Xarici İşlər Nazirliyi anlaşma memorandumunda Rusiyanın təhlükəsizliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzlə bağlı məsələlərə tam hörmətlə yanaşacağını elan etsin”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*