Rusiya bu ermənini terrorçu elan etdibackend

Rusiya bu ermənini terrorçu elan etdi

Rusiyanın “Rosinforming” təşkilatı “Doxa” onlayn dövri nəşrinin keçmiş redaktoru Armen Aramyanı terrorçular və ekstremistlər siyahısına daxil edib.

KONKRET.az xəbər verir ki, bununla da Aramyan Rusiyada arzuolunmaz adam hesab olunub.
Qeyd edək ki, Aramyan Armen Vardanoviç 8 iyul 1997-ci ildə Moskvada anadan olub.

Məlumatda daha sonra deyilir ki, ekstremistlər siyahısında ermənilərin sayı getdikcə artır.

Daha əvvəl o, beynəlxalq axtarışa verilib.

2022-ci ildə Moskvada məhkəmə DOXA nəşrinin redaktorları – Armen Aramyan, Natalya Tışkeviç, Alla Qutnikova və Vladimir Metelkini yetkinlik yaşına çatmayanlar arasında təbliğat aparmaqda təqsirli bilib və onları iki il islah işlərinə məhkum edib.

İş materiallarına görə, onlar yetkinlik yaşına çatmayanları icazəsiz aksiyalarda iştirak etməyə çağırıb və bununla onların həyatını təhlükəyə atıblar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*