Rusiya Daxili İşlər Nazirliyi Qordonu axtarışa verib.
KONKRET.az xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyi ukraynalı jurnalist Dmitri Qordonu axtarışa verib. Hazırda jurnalistin Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi göstərilmir.
Əvvəllər Rusiya İstintaq Komitəsi Qordona qarşı müharibəyə aqressiv çağırışlar üzrə maddələrlə iş açıb.
Qeyd edək ki, Rosfinmonitorinq jurnalisti terrorçu və ekstremistlər siyahısına əlavə edib.

Xuraman Etibarlı,
KONKRET.az
