Türkiyədə güclü zəlzələ iki həftə davam edəcək.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun direktoru Petr Şebalin “İzvestiya”ya müsahibəsində deyib.

“Güclü zəlzələ bir ay deyil, bir qədər az – iki həftə davam edəcək. Bu vaxta qədər 6 bal gücündə zəlzələlər bitəcək, lakin hələlik onların baş vermə ehtimalı yüksək olaraq qalır”, – direktor deyib.
O qeyd edib ki, rəhbərlik etdiyi institut zəlzələlərin aktivliyinin proqnozlaşdırılması üçün avtomatlaşdırılmış sistem hazırlayıb. Bu sistem hazırkı zəlzələlər və afterşoklar haqqında məlumat toplayır.
Şebalin əlavə edib ki, Türkiyədə baş verən zəlzələlərin aktivliyindən son dərəcə narahat olub.
“Afterşok aktivliyi son dərəcə yüksəkdir və onun uzun müddət davam etməsi təhlükəsi var”, – o bildirib.
Qeyd edək ki, bazar ertəsi Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib.
Son məlumatlara görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.
İqbal Rzayev,
KONKRET.az
