Rusiya Ermənistana benzin tədarükü üçün kvotanı yenidən artırdıbackend

Rusiya Ermənistana benzin tədarükü üçün kvotanı yenidən artırdı

Rusiya Ermənistana benzin tədarükü üçün kvotanı artırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

“Bunun nəticəsində erməni idxalçılar əlavə olaraq 60 min ton benzin ala bildilər”, – məlumatda deyilir.

Tərəflər arasında 2013-cü ildə imzalanmış sazişə əsasən, Rusiya hər il neft məhsullarının Ermənistana ixracı üçün indikativ kvotaları təsdiq edir.

Benzin və dizel kvotaları 2023-cü ilin oktyabrında tükənib. Lakin Ermənistan tərəfi onların artırılması ilə bağlı müraciət edib və bu, qismən təmin edilib.

Xatırladaq ki, Rusiyanın neft məhsullarının ixracına qadağası Ermənistan və digər Aİİ ölkələrinə şamil edilmir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*