“Rusiya Türkiyə və Azərbaycanla müharibə etməyəcək”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan bildirib.
“KTMT Ermənistana görə Azərbaycan və Türkiyəyə qarşı müharibə etməyəcək.
Bu gün Rusiyanın bütün iqtisadiyyatı Azərbaycan və Türkiyədən asılıdır, onların bütün qazı ora gedir.
Birincisi, Rusiya Ukraynadakı müharibəni güclə uzadır. Ona görə də, Azərbaycan və Türkiyə ilə qarşıdurmaya getməyəcək. Rusiyanın belə qüvvə və resursları yoxdur”, – deyə Poqosyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az