“Rusiya faktiki olaraq yeni status-kvo təklif edir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş üzvü Artur Kazinyan öz Facebook səhifəsində yazıb.
“Qarabağ probleminin yekun həlli bir sıra səbəblərə görə Rusiya üçün sərfəli deyil.
Rusiya faktiki olaraq yeni status-kvo təklif edir. Bu, nə sülh, nə də müharibə anlayışıdır. Mənim fikrimcə, ortamüddətli perspektivdə Ermənistan və Qarabağın maraqlarına uyğundur.
Rusiyanın etməyə çalışdığı yeganə şey Ermənistanla Azərbaycan arasında sərhədi dəqiqləşdirməkdir – demarkasiya və delimitasiya. Bu, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının əlində olan xəritələr əsasında aparılmalıdır.
Demarkasiyanın hansı xəritəyə əsasən aparılacağına Moskva öz maraqları çərçivəsində qərar verəcək (inanıram ki, Ermənistanın xeyrinə).
Siyasətdə emosional olmağı dayandırmalı, vaxtından əvvəl nəticə və nəticələr çıxarmaqdan çəkinməliyik”, – deyə Kazinyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
