backend

Rusiya FHN işçi qrupu Xankəndiyə yola düşüb - VİDEO

Rusiya Fövqəladə Hallar Nazirliyinin işçi qrupu Dağlıq Qarabağda yerli sakinlərə yardım göstərmək üçün Xankəndinə yollanıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Qrupa qurumun mərkəzi aparatının nümayəndələri, “Lider” Xüsusi Riskli Xilasetmə Mərkəzinin xilasediciləri, rabitəçilər və digərləri olmaqla 30 mütəxəssis daxildir.

Onlar özləri ilə birlikdə lazımi avadanlıqları və səhra düşərgəsi götürüblər.

Bundan başqa qrupun Moskvadan uçuşa hazır vəziyyətdə olan 150 xilasedici və aeromobil xəstəxana hesabına artırılması məsələsinə baxılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*