“Rusiya Avropaya qaz təchizatını bağlamaq istəmir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O qeyd edib ki, Rusiya Avropaya nəql edilən qazı kəsmək istəmir. Lakin Almaniya Kanadadan LNG almaq istəyirsə, bunu etsin:
“Biz heç nəyi ört-basdır etmək istəmirik. Biz onilliklərdir ki, Avropaya qaz veririk. Avropa xoşbəxt idi, biz də sevinirdik. Deməli, münasibətlər praqmatik olmalıdır. Amma indi Avropa Amerika siyasətinin ardınca addım atır”, – deyə Medvedyev vurğulayıb.
Eyni zamanda, ABŞ-dan Avropaya mayeləşdirilmiş təbii qazın tədarükü çox bahadır və demək olar ki, qeyri-realdır”, – Təhlükəsizlik Şurasının sədr müavini bildirib.
“Amma indi Avropa özünü o yerə çatdırıb ki, bu variantı da ciddi şəkildə nəzərdən keçirir. Boru qazı daha ucuzdur, mayeləşdirilmiş təbii qaz isə dəhşətli dərəcədə bahadır. İş o yerə çatdı ki, kansler Şolz mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Kanadaya getdi. Yaxşı, qoy alsın”, – deyə Medvedyev deyib.
Medvedyev Zelenskinin niyə Rusiya hakimiyyətində etimad yaratmadığını da açıqlayıb:
“Əgər Zelenskinin bizə güvən verib-verməməsindən danışsaq, şübhəsiz ki, yox. Çünki o, təcrübəsiz, digər ölkələrin qərarlarından asılı olan və psixotrop dərmanların təsirinə məruz qalan bir insandır”.
Eyni zamanda Medvedyev etiraf edib ki, Zelenski Ukrayna vətəndaşları tərəfindən seçilib və ona görə də prezident və ali baş komandan funksiyalarını yerinə yetirməyə çalışır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
