“Bu gün gecədən etibarən Qara dəniz boyu Ukrayna limanlarına üzən istənilən gəmiyə hücum edəcəyik”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbərdarlıq edib.
Bildirilib ki, Ukraynanın Qara dəniz limanlarına üzən gəmilərin bayraqlarının olduğu ölkələr Kiyev tərəfindən münaqişəyə cəlb olunmuş hesab ediləcək.
“İyulun 20-də Moskva vaxtı ilə saat 00:00-dan etibarən Qara dəniz boyunca Ukrayna limanlarına üzən gəmilər hərbi yük daşıyıcıları hesab olunacaq”, – deyə məlumatda qeyd edilib.
Burhan,
KONKRET.az
