Rusiya ilə bağlı çağırış etdibackend

Rusiya ilə bağlı çağırış etdi

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bu payız Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edilməsinə çağırıb.

KONKRET.az xəbər verir ki, o bu barədə “X” sosial media platformasında məlumat verib.

“Mən bu payız Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsini təklif edirəm. Biz həmçinin Moskvanı müharibə aparmaq üçün lazım olan vəsaitdən məhrum etmək məqsədilə Rusiyanın “kölgə donanması” ətrafındakı təzyiqi daha da gücləndiririk”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*