Dünyanın ən təhlükəli silahlarından olan “İskəndər” operativ-taktiki raket sistemi Rusiya hərbi sənayesində qabaqcıl yerlərdədir.
KONKRET.az Rusiyanın RİA Novosti agentliyinə istinadən xəbər verir ki, “İskəndər” operativ-taktiki raket sisteminin yaradıcısı “Maşınqayırma konstruktor bürosu Elmi-İstehsalat Korporasiyası” bir sıra məhsulların istehsalını 2,5 dəfə artırıb.
“Maşınqayırma Konstruktor Bürosu” 2023-cü ilin əvvəlindən dövlət müdafiə sifarişini 100 faiz yerinə yetirib. Qeyd olunur ki, 2022-ci illə müqayisədə MKB bəzi sahələrdə məhsul istehsalını iki dəfə yarım artırıb.
İyulun əvvəlində “High-Precision Complexes” şirkəti “İskəndər” raket sistemləri üçün komponentlərin, xüsusən də idarəetmə sistemlərinin istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirmişdi.
2022-ci ilin avqustunda isə Rostec “İskəndər-M” raketinin uzaq məsafədən yüksək dəqiqliklə pəncərəni nişan ala biləcəyini demişdi.
Natiq Səlim,
KONKRET.az
