Rusiya İsraildə baş verənlərə münasibət bildirdibackend

Rusiya İsraildə baş verənlərə münasibət bildirdi

Rusiya İsrail, Fələstin və ərəb ölkələri ilə əlaqə saxlayır və münaqişə tərəflərini atəşi dayandırmağa çağırır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib.

“Bu, 75 il davam edən münaqişənin yenidən təkrarlanmasıdır. Moskva ərəb ölkələri də daxil olmaqla bütün tərəflərlə təmasdadır. Biz dərhal atəşkəsə və sülhə çağırırıq”, – deyə rusiyalı diplomat Fələstin-İsrail münaqişəsinin gərginləşməsini şərh edərkən deyib.

Boqdanov qeyd edib ki, Yaxın Şərqdə sülh prosesinə mövcud beynəlxalq səviyyədə tanınmış razılaşmalar əsasında başlanılmalıdır.//Apa

  • Kamil
    Oktyabr 7, 2023 - 18:11

    “Çoxüzlü” Rusiya digər ölkələri sülhə çağırır, özü isə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*