Rusiya koronavirusla ilə bağlı bütün qadağaları ləğv etdibackend

Rusiya koronavirusla ilə bağlı bütün qadağaları ləğv etdi

Rusiya koronavirusla bağlı əvvəllər tətbiq etdiyi məhdudiyyətləri dayandırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.

“Epidemioloji prosesin intensivliyinin davamlı azalması ilə əlaqədar “Rospotrebnadzor” əvvəllər tətbiq edilmiş məhdudiyyətləri dayandırır”, – məlumatda qeyd olunub.

Qərar maska ​​rejimi, iaşə obyektlərində gecə işləmək qadağası və bir sıra digər məhdudiyyətlərə aid edilir.

Qeyd edək ki, son sutkada Rusiyada 3106 nəfər koronavirusa yoluxub, onlardan 1195 nəfəri xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*