Rusiya “Madyar”ın başına 20 milyon dollar mükafat qoydubackend

Rusiya “Madyar”ın başına 20 milyon dollar mükafat qoydu

Rusiya Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert “Madyar” Brovdinin olduğu yer barədə məlumat üçün 20 milyon dollar mükafat təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Nəşrin məlumatına görə, mükafat barədə məlumat postsovet ölkələrindəki cinayətkar şəbəkələr vasitəsilə yayılır.

Bildirilib ki, Brovdi hazırda gizli bunkerdə yerləşir. Onunla müsahibə almaq istəyən jurnalisti şüşələri tam qara olan maşınla aparıblar, telefonunu isə izlənilməməsi üçün xüsusi çantaya qoyublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*