Rusiya mediası: “Qarabağ müharibəsində Ermənistanın hava hücumundan müdafiə sistemindəki  uğursuzluqlarının ŞOK səbəbləri”backend

Rusiya mediası: "Qarabağ müharibəsində Ermənistanın hava hücumundan müdafiə sistemindəki  uğursuzluqlarının ŞOK səbəbləri"

Dağlıq Qarabağdakı müharibə zamanı Azərbaycan Ordusu pilotsuz təyyarələr vasitəsi ilə Tor-M2KM daxil olmaqla, Ermənistanın hava hücumundan müdafiə sistemləri sürətlə zərərsizləşdirilib. Bunu sosial şəbəkələrdə yerləşdirilən video-dəlillər də sübut edib. Əvvəllər bu zenit sistemləri, xüsusən Suriyada qüsursuz hərbi nüfuza sahib idi. Bəs onda Dağlıq Qarabağda nə baş verdi? Hərbi ekspert İqor Korotçenko zenit sistemlərinin məhvində günahın tamamilə sistemin istifadə qaydalarını kobud şəkildə pozan Ermənistan hava hücumundan müdafiə dəstələrində olduğunu düşünür.

Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko Telegram kanalında Qarabağ müharibəsində Ermənistanın hava hücumundan müdafiəsinin uğursuzluqlarının səbəblərini ətraflı izah edib. Onun fikrincə, hava hücumundan müdafiənin təşkilində kobud səhvlərə yol verilib.

İnternetdə yerləşdirilən Tor-M2KM-in Türkiyənin “Bayraktar” pilotsuz təyyarəsi tərəfindən məhv edildiyini göstərən bir videonu təhlil edən mütəxəssis vacib detallara diqqət çəkib. Videoda döyüş şəraitində zenit kompleksinin yol boyunca neçə müdafiəsiz daşındığı və “Bayraktar”ın onu asanlıqla vurduğu göstərilir. Mütəxəssis deyir ki, döyüş olmayan bir vəziyyətdə və hətta bir anqarda olan ən müasir zenit sistemləri müasir hava hücumu silahlarını demirəm, hətta “Stuka” ilə də asanlıqla məhv edilə bilər.

Ekspert gündüz saatlarında kamuflyajdan istifadə etmədən qurğunun hərəkət etdirilməsini Ermənistanın hava hücumundan müdafiə komandanlığının kobud səhvi sayır. Həmçinin işə salınan qurğunun örtüksüz saxlanılmasını da qeyri-peşəkarlıq kimi qiymətləndirir: “Bütün standartlara görə, yerləşdirilmiş vəziyyətdə də, həmçinin mövqeləri dəyişdirəndə də hava hücumundan müdafiə sistemləri döyüş mövqeyindəki komplekslərlə örtülməlidir”.

Beləliklə, mütəxəssis iddia edir ki, Ermənistanın hava hücumundan müdafiə sistemində normal bir idarəetmə sisteminin olmaması ciddi müzakirə edilməlidir. Sadə dillə desək, Ermənistan Müdafiə Nazirliyi uzun, orta və qısa mənzilli hava hücumundan müdafiə sistemlərindən istifadə qaydalarını bilmir.

Mütəxəssisin hesablamalarına görə, döyüş mövqeyində olan “Tor-M2KM” ən azı 15 kilometr məsafədəki “Bayraktar”ı hədəf kimi çox asanlıqla aşkar edə bilir. Türk dronunun uçuş sürətinin təxminən 220 km/saat olduğunu nəzərə alsaq, uçuş müddəti 4 dəqiqə olacaq. Bu vəziyyətdə “Tor”un hava təhlükəsinə reaksiya müddəti 5-10 saniyədir. “Tor-M2KM”-nin hipersəsli raketi 3600 km/saat sürətlə uçur. Bu halda “Bayraktar”ın hədəfə yaxınlaşması müəyyən etmək və onu məhv etmək üçün “Tor”un 8 dəfə imkanı olur.

Korotçenko fikrinin sübutu üçün Suriyada Xmeymim bazasını müdafiə edərkən Tor-M2KM  komplekslərinin terrorçuların atdığı 60-dan çox pilotsuz təyyarəni məhv etdiyini xatırladıb.

“Moskovskiy komsomolets” 22 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*