Rusiya məşhur blogeri AXTARIŞA VERDİ – FOTObackend

Rusiya məşhur blogeri AXTARIŞA VERDİ - FOTO

Rusiya Daxili İşlər Nazirliyi bloger Maksim Katzı federal axtarışa verib.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə idarənin saytında yazılıb.

Qeyd edək ki, Maksim Katz 2013-cü ildə Moskva merliyinə namizədliyini irəli sürən müxalifət lideri Aleksey Navalnının seçki qərargahı rəhbərinin müavini olub.

Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasından sonra Katz ölkəni tərk edib. O, Rusiya hakimiyyətinin siyasətini tənqid edirdi.

Məlumata görə, bu gün səhər “Dissernet”in həmtəsisçisi, fizik və jurnalist Andrey Zayakin də axtarışa verilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*