Kiyevə raket zərbəsi zamanı 6 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat yayıb.
O bildirib ki, raketlər Krımdan atılıb və paytaxtdakı yeni tikiliyə düşüb.
Məskunlaşma az olduğundan tələfat yüksək deyil.
23:44
Rusiya ordusu yenidən Kiyevin mərkəzini bombalayıb.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, raketlərdən biri şəhərin Şevçenkovski rayonunda yaşayış binasına düşüb.
Kiyevin meri Vitali Kliçko xilasedicilərin dağıntılar altında qalan insanları çıxarmağa çalışdığını bildirib.
