“Paytaxt İrkutsk olsun!” – Krelm AÇIQLAMA yaydıbackend

"Paytaxt İrkutsk olsun!" - Kreml AÇIQLAMA yaydı

“Yakut tarixçisi Afanasi Nikolayevin təklif etdiyi kimi, Rusiya paytaxtının İrkutska köçürülməsi ideyası mümkün deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri Kreml rəsmisi Dmitri Peskov deyib.

Rusiya prezidentinin mətbuat katibi brifinq zamanı daha sonra vurğulayıb: “Mən bu təşəbbüsün mümkün olduğunu düşünmürəm”.

Xatırladaq ki, Yakutiyadan olan tarix elmləri namizədi Afanasi Nikolayev Rusiya prezidenti Vladimir Putinə ölkənin paytaxtının İrkutska köçürülməsini təklif etmişdi.

Alimin fikrincə, bu, ölkənin Avropa və Asiya hissələrinin tarazlı inkişafını, eləcə də Rusiyanın hərbi-siyasi rəhbərliyinin təhlükəsizliyini təmin edəcək. Eyni zamanda Rusiya Federasiyasının sosial-iqtisadi inkişafını sürətləndirəcək.

Tarixçinin fikrincə, paytaxtın İrkutska köçürülməsi Avrasiya İqtisadi İttifaqının yeni güclü Avrasiya dövlətinə çevrilməsinə və möhkəmlənməsinə töhfə verəcək”.

Qeyd edək ki, bundan əvvəl klimatoloq Aleksey Kokorin iqlimin beş dərəcə istiləşəcəyi təqdirdə Rusiya paytaxtının Sibirə köçürülməsini təklif etmişdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*