Rusiya qarşısında ABŞ-ın yeni və güclü müttəfiqə EHTİYACI VARbackend

Rusiya qarşısında ABŞ-ın yenigüclü müttəfiqə EHTİYACI VAR 

ABŞ və Türkiyə münasibətləri Rusiya-Ukrayna müharibəsi fonunda yeni mərhələyə qədəm qoyur. Qardaş ölkənin regionda və dünyada söz sahibinə çevrilməsi yeni reallıqlar formalaşdırıb. Çünki Türkiyə daima etibarlı tərəfdaş kimi öz sözünü deməyi bacarıb. ABŞ məsələnin fərqindədir və adekvat addımlar atmağa başlayıb.

Belə ki, bu günlərdə Bayden administrasiyası Konqresdən Türkiyəyə yeni silahların satışını nəzərdə tutan sənədə icazə verilməsini tələb edib. Məlumata görə, həmin sənəddə F-16 təyyarələri ilə yanaşı çox sayda döyüş sursatlarının Türkiyəyə verilməsi yer alır. Sənədin yaxın aylarda Konqresə göndərilməsi nəzərdə tutulur.

Baydenin bu qərarı əslində nədən xəbər verir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əziz Əlibəyli bildirib ki, Bayden Türkiyənin regionda əhəmiyyətini dərk edir:

“Bayden administrasiyanın bu fikri əslində Konqresin nəbzini yoxlamaq üçün irəli sürülən bir təklifdir. Burada söhbət F-16 təyyarələrinin və kiçik çaplı silahların Türkiyəyə verilməsi ilə bağlı qeyri-rəsmi icazədən gedir. ABŞ görür ki, Rusiya ilə Ukrayna müharibəsində bütün problemlərə rəğmən Türkiyə Ukraynaya silah verməkdən vaz keçmədi. Böyük ölçüdə baxsaq Türkiyə müharibədə mühüm rol oynadı”.

Politoloqun fikrincə, Rusiya qarşısında ABŞ-ın yeni və güclü müttəfiqə ehtiyacı var:

“Türkiyə isə onun köhnə müttəfiqidir. Rusiyaya qarşı ABŞ-ın yeni müttəfiqləri Şərqi Avropa ölkələridir. Lakin ABŞ-la Şərqi Avropa dövlətinin müttəfiqliyi Türkiyə qədər uğurlu deyil. Rusiyanın yaxşı tanıyan, onun maraqlarına yaxından bələd olan və onunla adekvat dildə danışan yeganə ölkə Türkiyədir. Mart ayında ABŞ XİN Türkiyə ilə münasib şəkildə müdafiə və ticari əlaqələrinin qurulmasında maraqlı olduqlarına dair məktub göndərib. Çünki indiki reallıqlar çərçivəsində ABŞ Türkiyə kimi güclü dövlətlə müttəfiqlik etmək istəyir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*