Rusiya Qazaxıstanla 20 mühüm saziş imzalayacaqbackend

Rusiya Qazaxıstanla 20 mühüm saziş imzalayacaq

Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana dövlət səfəri zamanı ölkələr arasında 20 saziş imzalanacaq.

KONKRET.az xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev rusiyalı həmkarı ilə görüşündə deyib.

“Bu gün biz çox mühüm sənədlər qəbul edəcəyik – bunlar 20 sazişdir ki, bu, mehriban qonşuluğumuzun və əməkdaşlığımızın gələcək inkişafına əlavə güclü təkan verəcək”, – Tokayev bildirib.

Putin həmçinin qeyd edib ki, bugünkü danışıqlar nəticəsində bir sıra sənədlər, o cümlədən birgə bəyanat qəbul olunacaq.

O vurğulayıb ki, Rusiya Qazaxıstanın ən böyük ticarət-iqtisadi tərəfdaşlarından biri olaraq qalır: Qeyd edib ki, təkcə ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 28,5 milyard dollar (təxminən 3 trilyon rubl) təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*