Rusiya Qərbin “Odessa” ilə bağlı planlarını pozur – Ukrayna üçün KRİTİK VƏZİYYƏTbackend

Rusiya Qərbin “Odessa” ilə bağlı planlarını pozur - Ukrayna üçün KRİTİK VƏZİYYƏT

Rus ordusu hər gün Odessa istiqamətində irəliləyir. Son bir neçə gün ərzində Rusiya Silahlı Qüvvələri həm şəhərin özündə, həm də onun ətrafında olan Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə bir sıra raket zərbələri endirib. Şəhərin ələ keçirilməsi perspektivi Ukraynanın hərbi-siyasi rəhbərliyini onun müdafiəsi variantları üzərində düşünməyə, həmçinin bunun üçün əlavə qüvvələr toplamağa vadar edir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Odessa limanı ərazisində yerləşən taxılın çıxarılmasına imkan verməsi üçün Rusiyaya təsir rıçaqları nəzərdən keçirilir. Rusiyalı analitiklər məhz bu rıçaqları analiz ediblər. Vəziyyət o həddə çatıb ki, artıq BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bislinin təmsil olunduğu qurum Vladimir Putini bu məsələdə kömək etməyə çağırıb. Devid Bislinin fikrincə, əks halda Ukraynada kənd təsərrüfatının çöküşü başlayacaq və planetdə əsl qıtlıq hökm sürəcək.

Россия срывает «одесские» планы Запада. Критическая ситуация для Украины

Rusiya isə Qərbin “Odessa” planlarını pozur. Ümumdünya Ərzaq Proqramının İcraçı Direktoru tərəfindən qaldırılan məsələlər dünyanı çaşdırmaq üçün  edilən manipulyasiyadan başqa bir şey deyil. Çünki  Devid Bisli qalan taxılın oradan çıxarılmasının Ukraynanın kənd təsərrüfatının çöküşünü necə həll edəcəyini açıqlamır. Eyni zamanda limandakı 25 milyon ton taxılın dünyadakı aclıqla bağlı vəziyyəti necə nizamlayacağını izah etmir.

Россия срывает «одесские» планы Запада. Критическая ситуация для Украины

Taxıl ehtiyatlarının Odessa limanından başqa ölkəyə daşınması Ukraynanın özündə aclığa səbəb ola bilər. Lakin bəzi mənbələrə görə, orada 4,5 milyon ton taxıl tədarükü var və bu, həqiqətə daha çox bənzəyir. Çox güman ki, bu cür iddialar Moskvaya əlavə təzyiq göstərmək və onu taxıl idxal etdiyi ölkələrin yanında nüfuzdan salmaq məqsədi daşıyır. Belə ölkələr arasında Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən ölkələr (Braziliya, Misir, Əlcəzair, İndoneziya, Banqladeş) kifayət qədər çoxdur.

Россия срывает «одесские» планы Запада. Критическая ситуация для Украины

İkincisi, istisna edilmir ki, Ukraynaya taxıl daşınması adı altında silah və hərbi texnika verilə bilər. Çünki limana daxil olan barjalara nəzarət etmək problemdir. Hərbi ekspert Vladimir Qundarovun sözlərinə görə,  Qərb siyasətçilərinin bu qədər canfəşanlıqla blokdan çıxarmağa çalışdığı dəniz limanı Ukraynaya silah tədarükü üçün çox əlverişli marşrutdur.

Россия срывает «одесские» планы Запада. Критическая ситуация для Украины

Odur ki, ərzaq qıtlığı və aclıqla bağlı bəyanatlar dünyanın rifahını düşünmək üçün yox, Qərb dövlətlərinin maraqlarını nəzərə almaq məqsədilə səsləndirilir. Belə bir şəraitdə Odessa istiqamətində əməliyyatları gücləndirən və vilayətə nəzarəti ələ keçirən Rusiya ordusu Qərb investorlarının həyatını xeyli çətinləşdirə, eləcə də təchizat üçün əlverişli marşrutu bağlaya bilər.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*