Rusiya Qərbin Ukraynaya göndərdiyi silahları necə məhv edir? – Leonkov hərbi strategiyanı AÇIQLADIbackend

Rusiya Qərbin Ukraynaya göndərdiyi silahları necə məhv edir? – Leonkov hərbi strategiyanı AÇIQLADI

“Rus ordusu Qərb silahlarının Ukrayna Silahlı Qüvvələrinə çatdırılmasının qarşısını ala biləcək unikal hərbi strategiya həyata keçirir”.

KONKRET.az xəbər verir ki, bu qənaətə tanınmış hərbi ekspert, “Vətən Arsenalı” jurnalının redaktoru Aleksey Leonkov gəlib. O, Ukraynanın dəmir yolu infrastrukturuna dəqiq raket zərbələri endirmək barədə fikirlərini bölüşüb. Rusiyanın Qərb hərbi eşelonlarını zərərsizləşdirərək bir güllə ilə bir neçə hədəfi məhv etdiyini vurğulayıb.

Aleksey Leonkovun sözlərinə görə, Rusiya ordusu Qərb hərbi texnikasını məhv etməyə yönələn müəyyən taktikalara əməl edir. Zərbələr silahların yükləndiyi dəmiryol stansiyalarına yüksək dəqiqlikli raket sistemləri ilə endirilir. Beləliklə də Rusiya Ukrayna Silahlı Qüvvələrinə kömək etməyə tələsən Qərb eşelonlarına zərbələr endirərək, bir güllə ilə bir neçə hədəfi dağıdır. Raketlər düşmənin texnikasını, şəxsi heyətini, eləcə də Qərb silahlarının çatdırıldığı dəmir yolu infrastrukturunu məhv etməyə imkan verir.

Ekspert əmindir ki, Rusiyanın Ukrayna dəmir yolu infrastrukturunun ləğvinə əsaslanan yeni strategiyası öz bəhrəsini verəcək. Ukrayna nəqliyyat imkanlarını itirəcək və Qərb silahlarını ölkənin şərqinə daşıya bilməyəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*