Rusiya qoşunları Krasnoqorovka şəhərini ələ keçirib?backend

Rusiya qoşunları Krasnoqorovka şəhərini ələ keçirib?

Rusiya qoşunları Ukraynanın Donbas vilayətindəki Krasnoqorovka şəhərinin 60%-ni ələ keçirib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə “Bild”in analitiki Yulian Ryopke məlumat verib.

Müharibədən əvvəl şəhərdə 15 minə yaxın insan yaşayırdı. Rus qoşunları aprelin əvvəlində oraya daxil olub. O vaxtdan bəri orada küçə döyüşləri gedir və Rusiya müntəzəm olaraq şəhərə əlavə qüvvələr çatdırır.

Ryopkenin sözlərinə görə, şəhərdəki vəziyyət Ukrayna ordusu üçün son dərəcə ağırdır və mərkəzi ələ keçirən rus işğalçı qüvvələri oradakı qoşunlarını tanklar və piyadaların döyüş maşınları ilə təchiz ediblər.

Ekspert qeyd edib ki, Donetsk vilayətindəki cəbhənin ikinci hissəsində ruslar Avdeyevkanın qərbindəki Umanskoye kəndini ələ keçirib. Kənd uğrunda döyüşlər 1,5 ay davam edib. Xarkov və Luqansk vilayətlərinin sərhədində rus qoşunları İvanovka və Kislovka kəndlərini ələ keçiriblər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*