Rusiya səfiri Orxan Camalın qətlindən DANIŞDIbackend

Rusiya səfiri Orxan Camalın qətlindən DANIŞDI

Rusiya İstintaq Komitəsindən Mərkəzi Afrika Respublikasının (MAR) Baş prokuroruna 2018-ci ildə rusiyalı jurnalistlərin ölümü ilə bağlı sorğu verilib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfiri Aleksandr Bikantov bildirib.

Onun sözlərinə görə, hələlik istintaqda ciddi irəliləyiş yoxdur, lakin MAR rəhbərliyi əmin edir ki, iş gedir.

Səfir qeyd edib ki, indiyədək istintaqda irəliləyişin olduğunu göstərən heç bir məlumat verilməyib:

“Biz ölkənin hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bu yaxınlarda Mərkəzi Afrika Respublikasının Baş Prokurorluğunda olduq, onlara Rusiya Federasiyasının İstintaq Komitəsinin sorğusunu verdik, ətraflı söhbət etdik”.

Xatırladaq ki, 2018-ci ilin yayında rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquev və Kirill Radçenko MAR-da qətlə yetirilib.

Onların cəsədləri Sibut şəhərindən 23 km aralıda yolda tapılıb. Məlumata görə, jurnalistlər bu ölkədə “Vaqner” haqqında film çəkməyi planlaşdırırdılar. Rusiyada onların qətli ilə bağlı cinayət işi açılıb. Aleksandr Bikantov jurnalistlərin “3R” qeyri-qanuni silahlı qruplaşmasının yaraqlıları tərəfindən öldürüldüyü versiyasını irəli sürüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*