Federasiya Şurası Rusiya Silahlı Qüvvələrinin lazımi silahlarla, həmçinin hərbi və xüsusi texnika ilə təchiz edilərək Dağlıq Qarabağa göndərilməsinə razılıq verən qərarı yekdilliklə qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS xəbər yayıb.
Bildirilir ki, plenar iclasda RF prezidenti Vladimir Putin tərəfindən Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda sülhməramlı missiya üçün istifadə olunması ilə bağlı müraciətə baxılıb.
Qərara 129 senator səs verib.
