Rospotrebnadzorun rəhbəri Anna Popova bölgələrə taun xəstəliyinin qarşısının alınması üçün tədbirlərə hazır olmağı tövsiyə edib.
KONKRET.az xəbər verir ki, idarə bəyanatında icra hakimiyyətlərini və tibb müəssisələrini “taun xəstəliyinin yaranması və yayılmasının qarşısının alınmasına” yönəlmiş tədbirlər görməyə çağırır.
Bundan əvvəl Primorsk diyarı hökuməti “Rusaqro-Primorye” donuz fermasında Afrika donuz taunu (ASF) ikinci epidemiyasının aşkar edildiyi barədə məlumat vermişdi .
Qeyd olunur ki, virus Pervomayskoye kəndindəki “Leninski-1” donuzçuluq kompleksinin ərazisində heyvanlardan götürülmüş nümunələrdə aşkar edilib.
