Rusiya Ukraynadakı diplomatlarını təxliyə edir.
KONKRET.az məlumatına görə, bu barədə The New York Times Ukrayna Təhlükəsizlik Xidmətindən yüksək vəzifəli mənbəyə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, yanvarın 5-də Ukraynanı 18 nəfər tərk edib, onların arasında əsasən rusiyalı diplomatların uşaqları və arvadları da olub.
Yaxın günlərdə Kiyev səfirliyi və Lvovdakı konsulluqdan da 30 nəfərin ölkəni tərk edəcəyi gözlənilir.
The New York Times da yazır ki, Vaşinqton planlaşdırılan evakuasiyadan xəbərdar idi.
Qəzet ABŞ və Ukrayna rəsmilərinə istinadən yazır ki, “ləng evakuasiya qismən təbliğat, qismən münaqişəyə hazırlıq və ya qismən hiylə ola bilər”.

Xuraman Etibarlı,
KONKRET.az
