“Rusiya Ukraynanı “ala bilər”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın baş təbliğatçısı, erməni jurnalist Marqarita Simonyan deyib. O bildirib ki, Rusiya Avropadakı dondurulmuş aktivləri müqabilində Ukraynanı “ala bilər”.
“Ağlıma bir fikir gəlir. Mərkəzi Bankımızın 300 milyard dollar aktivinə həbs qoyulub. Bunu bizə verə bilməzlər, çıxış yolu təklif edirəm.
Bu pulu Ukraynanın Rusiyaya birləşdirilməsi istənilən torpaqları almaq üçün ödəyirik. Bu, əsas məsələdir. Bizimlə olmaq istəyənlərə ehtiyacımız var. Yadlar nəyimizə lazımdır?! Şəxsən mənə Lvov lazım deyil.
Bizə nifrət edən insanlara ehtiyacımız yoxdur. Amma öz torpağında bizimlə olmaq istəyən insanlar üçün o pullar Ukraynaya göndəriləcək. Onlar buna kompensasiya deyəcəklər, biz isə sadəcə torpaqları alacağıq”, – Simonyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az
