Rusiya və ABŞ bu gün Əbu-Dabidə yeni məhbus mübadiləsi həyata keçirib.
KONKRET.az xəbər verir ki, ABŞ-ın tələbi ilə Kiprdə saxlanılan Rusiya vətəndaşı Artur Petrov BƏƏ-nin vasitəçiliyi ilə dövlətə xəyanətdə təqsirli bilinən Kseniya Karelina ilə dəyişdirilib.
Kseniya Karelina ötən il ABŞ-da yerləşən ukraynalı xeyriyyə təşkilatına cəmi 100 dollardan az ianə etdiyi üçün dövlətə xəyanətdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. 2025-ci ilin aprelində Karelina Rusiya Federasiyası prezidentinin fərmanı ilə əfv edilib.
ABŞ isə Rusiyanın və Almaniyanın ikili vətəndaşı olan Artur Petrovu azad edib. O, 2023-cü ildə ABŞ-ın tələbi ilə Kiprdə həbs edilib. Petrov gizli mikroelektronikanın ixracında şübhəli bilinirdi.
Aynurə İsmayıl
KONKRET.az