Rusiya XİN Ermənistanın Roma Əsasnaməsinə qoşulmasına MÜNASİBƏT BİLDİRDİbackend

Rusiya XİN Ermənistanın Roma Əsasnaməsinə qoşulmasına MÜNASİBƏT BİLDİRDİ

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Roma Əsasnaməsinə qoşulmasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. O bildirib ki, bu mövzu həm Moskvada, həm də İrəvanda yüksək səviyyəli təmaslar zamanı müzakirə mövzusudur.

“Mən bu əlaqələrin təfərrüatlarını açıqlamağı lazım bilmirəm. Təbii ki, biz güman edirik ki, bu məsələ müttəfiqlik şəraitində və qarşılıqlı məqbul şəkildə həll olunacaq”, – Zaxarova bildirib.

Qeyd edək ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi “Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsində təsbit olunmuş öhdəliklərin Konstitusiyaya uyğunluğu məsələsinin həlli haqqında” qərarını dərc edib.

Qərar qətidir və dərc edildiyi andan qüvvəyə minir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*