Rusiya XİN taxıl müqaviləsinin bərpası üçün şərtləri açıqladıbackend

Rusiya XİN taxıl müqaviləsinin bərpası üçün şərtləri açıqladı

Moskva taxıl sövdələşməsinin bərpası üçün Rusiya-BMT memorandumunun müddəalarının tam yerinə yetirilməsinin zəruriliyini bir daha vacib hesab edir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk TASS-a müsahibəsində bildirib.

“Taxıl sazişinin bərpasına gəlincə, Rusiyanın mövqeyi belədir: Rusiya-BMT memorandumu çərçivəsində tapşırıqları tam şəkildə həyata keçirmək lazımdır. İndiyə qədər BMT-nin səylərinə baxmayaraq, istehsal və ixracla, o cümlədən bank ödənişləri, sığorta, nəqliyyat logistikası və Rusiyaya ehtiyat hissələrinin tədarükü sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərimizdən sanksiyaların götürülməsində irəliləyiş görməmişik. “, – diplomat qeyd edib.

Qeyd edək ki, 2022-ci ilin iyulunda taxıl sazişinin icrasına  xitam verilib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*