Rusiya Yaxın Şərqdəki münaqişəylə bağlı İranla sıx əlaqə saxlayır.
Bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya Yaxın Şərqdə baş verənləri diqqətdə saxlayır.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın İranla sız əlaqələr saxladığını bildirən nazir müavini İranla müxtəlif sahələrdə əla əməkdaşlıq təcrübələrinin olduğunu deyib:
“Hesab edirəm ki, hazırkı münasibətlər hər iki tərəfi qane edir və biz bunu yüksək qiymətləndiririk. Belə həssas məqamda Rusiya Yaxın Şərqdə baş verənləri ciddi nəzarətdə saxlayır. Bizim İranla müxtəlif sahələrdə əla əməkdaşlıq təcrübəmiz var. Hesab edirəm ki, bu gün bu münasibətlərin xüsusilə vacib olduğu məqamdır”, – deyə nazir müavini vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az