Rusiyada 6,6 bal gücündə ZƏLZƏLƏ OLDUbackend

Rusiyada 6,6 bal gücündə ZƏLZƏLƏ OLDU

Rusiyanın Saxalin vilayətinin cənub sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

“Sesmik hadisənin mərkəzi 331 km dərinlikdə olub. Zəlzələnin episentri Severo-Kurilskdən 1191 km aralıda yerləşib”, – məlumatda deyilir.

İyulun 2-də Yaponiya Meteorologiya İdarəsi Hokkaydo və Saxalin arasındakı La Perouse boğazı ərazisində 5,9 bal gücündə zəlzələ qeydə alıb. Yeraltı təkanlar Hokkaydo və Yaponiyanın əsas Honsyu adasında yerləşən Aomori prefekturasının sakinləri tərəfindən hiss olunub.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*