Rusiyada ağır yol qəzasında ana və 4 övladı yanaraq öldübackend

Rusiyada ağır yol qəzasında ana və 4 övladı yanaraq öldü

Rusiya Federasiyasının Mordoviya Respublikasında üç avtomobilin toqquşması nəticəsində dördü uşaq olmaqla beş nəfər həlak olub.

Bu barədə KONKRET.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, əvvəlcə “Lada Largus” və “Mercedes” toqquşub. Bu zaman minik avtomobili qarşıdan gələn zolağa çıxıb və yük maşını ilə toqquşub. Toqquşma nəticəsində “Lada Largus” yanıb, avtomobilin bütün sərnişinləri ölüb.

İlkin məlumata görə, “Largus”u 1986-cı il təvəllüdlü qadın idarə edib, avtomobildə həmçinin dörd sərnişin – onun azyaşlı uşaqları olub.

Faktla bağlı cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*