Rusiyada Azərbaycanla bağlı saziş Dumaya təqdim edildibackend

Rusiyada Azərbaycanla bağlı saziş Dumaya təqdim edildi

Rusiya Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.

KONKRET.az xəbər verir ki, saziş ratifikasiya üçün Dumaya göndərilib.

Qərarda qeyd edilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.

Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları əmək stajı hesablanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*