Rusiyada baş verənlərin əsl səbəbi budur – ŞƏRHbackend

Rusiyada baş verənlərin əsl səbəbi budur - ŞƏRH

Putin hökuməti dəyişməklə inqilabı önləməyə çalışır – Rusiyada hakimiyyətin ötürülməsinə start verildi.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə siyasi şərhçi Xəqani Cəfərli özünün facebook səhifəsində çıxış edib. O bildirib ki, Putinin bu addımı Rusiyanın nüfuzlu politoloqları tərəfindən hakimiyyətin ötürülməsinə start verilməsi kimi qiymətləndirilir:

“Rusiya prezidenti Vladimir Putin Konstitusiyada dəyişikliklər edilməsi, dövlət başçısının səlahiyyətlərinin bir hissəsinin parlament və hökumətə verilməsi, dövlətin sosial siyasətinin kəskin gücləndirilməsi ilə bağlı Federal Məclisə müraciət etdikdən sonra Dmitri Medvedyevin başçılıq etdiyi hökuməti də istefaya göndərdi.

Putinin bu addımı Rusiyanın nüfuzlu politoloqları tərəfindən hakimiyyətin ötürülməsinə start verilməsi kimi qiymətləndirilir.

Ancaq fikirimcə Putinin məqsədi yalnız hakimiyyətin ötürlməsinə start vermək deyil. Məsələ ondan ibarətdir ki, ötən ilin sonlarında keçirilən bir rəy sorğusuna görə hakimiyyət dəyişikliyini istəyənlərin faiz göstəricisi təhlükə həddə, 60 faizə çatmışdı. Kremldə isə gözəl anlayırlar ki, bu çox təhlükəli göstəricidir. Bu rəy sorğusundan sonra Putinin hansısa tədbirlər görəcəyi gözlənilən idi. Dövlət idarəçiliyində dəyişikliklər, sosial siyasətin kəskin gücləndirilməsi təklifinin ardınca cəmiyyətin nifrət qaynağı olan hökumətin istefaya göndərilməsi yalnız hakimiyyətin ötürlməsinə start verilməsi üçün edilə bilməz. Aydın görünür ki, Putin yazda ehtimal olunan sosial etirazları önləməyə çalışır. Eyni zamanda İranda baş verənlər də Putini tələsməyə vadar edir.

Ancaq bütün bunlar gözlənilən dəyişiklikləri tamamilə gündəmdən çıxara bilməz. Onu bir qədər ləngidə bilər. Rusiya, İran və Türkiyədə ciddi siyasi dəyişikliklərə çox az zaman qalması haqqında fikirimdə qalıram. Bu dəyişiklilərin qarşısını almaq mümkün deyil. Onu ancaq müxtəlif tədbirlərlə ləngitmək olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*