Rostov-na-Donuda geyim bazarında baş verən yanğın tamamilə söndürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalı məlumat yayıb.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri Rostov-na-Donuda geyim bazarında baş vermiş yanğını söndürüblər”, – məlumatda deyilir.
Qeyd edək ki, Rostov-na-Donuda baş verən yanğın barədə 20:39-da məlumat verilib. Yanğın 4 min kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsinə 113 canlı qüvvə və 33 texnika cəlb olunub.
Ariz Həsənoğlu,
KONKRET.az
