Rusiyada bu şəxslər səfərbərlikdən AZAD EDİLDİbackend

Rusiyada bu şəxslər səfərbərlikdən AZAD EDİLDİ

Üç və ya daha çox uşağı olan atalar qismən səfərbərlikdən azaddırlar.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, hazırda hərbi hissələrdən geri çağırılan 9,5 mindən çox ata ilə bağlı hərbi xidmətə çağırışla əlaqədar qərarlar ləğv edilib.

“Üç və ya daha çox uşağı olan kişilərin səfərbər edilməsi məsələsi Müdafiə Nazirliyinin rəhbərliyi ilə müzakirə edildi, Qərara alındı ki, onlar səfərbərlikdən azad edilməlidir”, – deyə Vyaçeslav Volodin bildirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın əvvəlində qismən səfərbərliyə möhlət verilməsi meyarlarına dəyişiklik edib. Hazırda 16 yaşınadək üç və ya daha çox uşağı olan atalar hərbi xidmətə çağırılmır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*