Rusiyada çağırışçılar təsadüfən PARTLAYIŞ TÖRƏTDİ – Altı nəfər YANARAQ ÖLDÜbackend

Rusiyada çağırışçılar təsadüfən PARTLAYIŞ TÖRƏTDİ - Altı nəfər YANARAQ ÖLDÜ

Rusiyada 6 əsgər yanaraq ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Partlayış bu gün səhər saatlarında Kursk vilayətinin rayonlarından birində baş verib.

Blindajda çağırışçılar ehtiyatsızlıqdan yanan sobaya benzin tökərək partlayış törədiblər. Onlardan yalnız ikisi blindajdan çıxa bilib.

İlkin məlumatlara görə, altı çağırışçı həlak olub. Lakin onların cəsədləri hələ tapılmayıb. Hazırda yanğın söndürüldükdən sonra hadisə yerindən suyun çəkilməsi prosesi aparılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*